“Azərpoçt”da yeni təyinat olub
“Azərpoçt” MMC-nin Hüquq Departamentinin direktoru vəzifəsinə təyinat olub.
Məlumata görə, Orxan Qurbanov “Azərpoçt” MMC-də Hüquq Departamentinin direktoru vəzifəsinə təyin edilib.
O, 2022-ci ilin yanvarından bu təyinata kimi “Azərpoçt”un Hüquq şöbəsinin rəisi kimi çalışıb.
Orxan Qurbanov 2005–2009-cu illərdə Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsili alıb.
















