ENA+

Azərbaycanlı kapitan Bosfor boğazını bağlamaqla hədələyir - VİDEO

İstanbulda həbs edilən və göyərtəsində rusiyalı dənizçilər olan “Streamline” gəmisinin azərbaycanlı kapitanı Bəhmən Bağırov Bosfor boğazını bağlayacağı ilə hədələyir.

Bu barədə REN TV məlumat yayıb.

Səbəb kimi B.Bağırov “Akca Shipping” şirkətinin dənizçilərə 10 aydan çox maaş verməməsini göstərib.

Tələblər arasında işçilərə əmək haqqının ödənilməsindən əlavə, rusiyalı dənizçilərin dəyişdirilməsi də yer alıb.

Əgər onun tələbləri yerinə yetirilməsə B.Bağırov çərşənbə günü Bosfor boğazını bağlaycaq.

“Dünən İstanbul limanın cənubunda dayanmağımızdan 10 ay ötdü. Düz 10 aydır ki maaşsız qalmışıq, iyunun 1-dən ailələrimiz bir qəpik belə almayıblar. Əvvəllər bizə heç olmasa yalandan nəsə deyirdilər, ümid verirdilər”, - gəminin kapitanı deyib.

Xatırladaq ki, “Streamline” gəmisi İstanbulda 2018-ci ilin iyununda sabiq sahibinin borclarına görə həbs edilib. 

“Akca Shipping” şirkətinin ümumilikdə dənizçilərə 123 min dollar borcu var.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)