Rəsmi

İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək

Prezident İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana təşəkkür etməsinə münasibət bildirib.

ENA.az xəbər verir ki, bu barədə Prezidentin sosial media hesabında paylaşım edilib.

"İran İslam Respublikasının Prezidenti, qardaşım Prezident Məsud Pezeşkianın Azərbaycan xalqına və dövlətinə göstərilən dəstəyə görə təşəkkürünü ifadə etməsi xalqımız tərəfindən yüksək qiymətləndirilir. Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik", - paylaşımda vurğulanıb.

Qeyd edək ki, Prezidentin paylaşımı Azərbaycan və fars dillərində olub.

M.Pezeşkian aprelin 3-də "X" sosial media hesabında etdiyi paylaşımda Azərbaycan hökumətinin və xalqının İrana göstərdiyi rəğbət və dəstəyi yüksək qiymətləndirdiyini vurğulayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)