Sumqayıt şəhər Məhkəməsinin sədrinin oğlu rəis - TƏYİN EDİLDİ
Daxili işlər orqanlarında yeni təyinat olub.
"BI"nin məlumatına görə, bir neçə gün əvvəl tutduğu vəzifədən azad edilərək sərəncama götürülən Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Ruslan Zeyqəm oğlu Hüseynov yeni vəzifəyə təyin edilib.
Eləcə də bax: "Cahangir elə ilk gündən bilirdi" - "Qara kəmər"dən 14 il keçdi
Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə R. Hüseynov Bakının Nərimanov Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəisi vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, R. Hüseynov Sumqayıt şəhər Məhkəməsinin sədri Zeyqəm Hüseynovun oğludur.