Gündəm

Əraqçi: Müharibənin fəsadları hər kəsə toxunacaq

Avropa və ABŞ-nin bəzi siyasətçiləri İrana qarşı müharibənin ədalətsiz olduğunu bəyan edir.

Bunu İranın xarici işlər naziri Abbas Əraqçi "X"dəki hesabında yazıb.

"Beynəlxalq ictimaiyyətin daha çox üzvü onlardan nümunə götürməlidir",- o bildirib və əlavə edib ki, qlobal nəticələr dalğası yenicə başlayıb və hər kəsə toxunacaq:

"Sərvətindən, dini etiqadından və ya irqindən asılı olmayaraq, hər kəs ziyan görəcək. Düşmənimiz birdir".

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)