İlham Əliyevdən həmsədrlərin son bəyanatına münasibət
Azərbaycan tərəfi ATƏT-in Minsk qrupunun həmsədrlərinin son bəyanatı, o cümlədən, danışıqlar formatının dəyişdirilməməsi ilə bağlı fikirlərini müsbət qarşılayır.
"BI"nin məlumatına görə, bu fikirləri prezidenti İlham Əliyev ABŞ-ın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerlə görüşdə deyib.
Görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib.
Prezident Azərbaycanın münaqişənin həllinə dair beynəlxalq hüququn norma və prinsiplərinə və ədalətə əsaslanan mövqeyini diqqətə çatdırıb.