Bank

Bank kredit verməyi dayandırdı: problemli kreditlərlə məşğuluq

"Muğanbank" ASC kredit verilişini dayandırıb.

"Businessinsider.az" xəbər verir ki, banka müraciət edən istənilən şəxsə "kredit vermirik", deyə cavab verirlər. Səbəbini öyrənmək üçün bank ilə əlaqə saxladıq. 

Redaksiyamıza verilən cavab bundan ibarətdir ki, hazırda "Muğanbank" problemli kreditlərlə məşğuldur. Belə ki, bank problemli müştrərilərinin siyahısını yenidən gözdən keçirir və onlara çatacaq kompensasiyaları hesablayır. Kredit şöbəsi də bu işə cəlb edildiyindən bankda kredit xidməti göstərmək mümkün deyil. 

Eləcə də bax: Kompensasiyaların ödənilməsilə bağlı mexanizm hazırlandı - Banklar müzakirəyə dəvət olundu

Qeyd edək ki, bankın 2018-ci ilin 4-cü rübü üzrə hesabatına görə, kredit portfelinin həcmi 3 milyon 499 min manatdır. Problemli kreditlərin həcminə gəlincə, Muğanbank bu göstəricini açıqlamayıb. 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)