Gömrükdəki "ağarmaların" rəqəmlə ifadəsi: büdcəyə köçürülən vəsait 50% artıb
Bu ilin fevral ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 336 milyon 33 min manat məbləğində vergi və rüsum daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 116 milyon 369 min manat və yaxud 53% çoxdur.
DGK-dən verilən məlumata görə, son 1 ildə büdcəyə daxil olan gömrük rüsumlarının məbləği 13 milyon 181 min manat və yaxud 22,35% artaraq 72 milyon 164 min manata çatıb.
Əlavə dəyər vergisinin məbləği 96 milyon 952 min manat və yaxud 63,9% artaraq 248 milyon 643 min manat, aksiz vergisinin məbləği 5 milyon 658 min manat və yaxud 1,9 dəfə artaraq 12 milyon 49 min manat, yol vergisinin məbləği isə 578 min manat və yaxud 22,2% artaraq 3 milyon 177 min manat təşkil edib.
Qeyd edək ki, son bir neçə ayda vergi və gömrükdən büdcəyə daxilolmaların həcmi artıb. Bu isə hər iki sistemdə uçotun qaydaya salınması və gizli dövriyyələrin qarşısının alınmasına yönələn tədbirlərlə daha çox bağlıdır.