KOBİA və “Azərbaycan Sənaye Korporasiyası” arasında Memorandum imzalanıb
KOBİA və “Azərbaycan Sənaye Korporasiyası” ASC arasında əməkdaşlığa dair Memorandum imzalanıb.
Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadə imzalayıblar.
Memoranduma əsasən tərəflər birgə layihələrin həyata keçirilməsi, KOB-lara dəstək məqsədilə gənclərin sahibkarlığa cəlb edilməsinin təşviqi, innovativ təşəbbüslərin reallaşdırılması, KOB-ların maarifləndirilməsi, sahibkarların inkişafı üçün tələb olunan araşdırmaların aparılması və digər istiqamətlərdə əməkdaşlıq edəcəklər.