Aqrar

Azərbaycanda ilk dəfə rəngli pambıq yetişdirlib

Azərbaycanda sınaq məqsədilə ilk dəfə əkilən rəngli pambıq məhsul verib.

Bİ.az xəbər verir ki ,bu barədə  Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru Məhərrəm Əliyev məlumat verib.

Onun sözlərinə görə, bu yeniliyi Çindən olan mütəxəssislər tətbiq edib: "Tərtər rayonunda yerləşən elmi mərkəzdə, 600 kvadratmetr ərazidə sınaq məqsədi ilə rəngli pambıq əkilib. Hazırda sahədə 45-50 sentner məhsul var. Yaxın günlərdə məhsul yığımı həyata keçiriləcək. Rəngli pambıq növünün növbəti ildə daha çox əkilməsi nəzərdə tutulub".

M.Əliyev əlavə edib ki, dünyada istehsal edilən pambığın 90% geni dəyişdirilmiş olsa da, Azərbaycanda təbii pambıq istehsal edilir.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)