Gündəm

ADY-nin sədr müavini vəzifəsindən azad edildi

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov vəzifəsindən azad olunub.

ENA.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

Qeyd edək ki, İ.Hüseynov müxtəlif vəzifələrdə çalışıb. O, 2004-2010-cu illərdə Azərbaycan Dövlət Dəmir Yolunun iqtisadi məsələlər üzrə rəis müavini, 2010-2026-cı illərdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini vəzifələrində fəaliyyət göstərib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)