Bank Aktivlərinin İdarə Edilməsi Agentliyinin rəhbəri dəyişdirilib
Dövlətə məxsus “AqrarKredit” BOKT QSC-nin törəmə təşkilatının direktoru dəyişdirilib.
Məlumata görə, Kamil Seyidov İsmayıl oğlu “Bank Aktivlərinin İdarə Edilməsi Agentliyi” MMC-nin direktoru təyin edilib.
O bu vəzifədə Süleyman Bəkirov Bəkir oğlunu əvəz edib.
Xatırladaq ki, “Bank Aktivlərinin İdarə Edilməsi Agentliyi” 2015-ci ildə təsis edilib və 10 000 manat nizamnamə kapitalı var.
















