Birjalarda neft ucuzlaşır - SON QİYMƏT

Dünya birjalarında neftin qiyməti azalıb.
"BI" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1,68 dollar və ya 2,84% azalaraq 55,05 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 1,80 dollar və ya 2,71% azalaraq 64,50 dollar təşkil edib.