Bu üç avtomobildən biri ilin ən yaxşısı seçiləcək
“Dünyada ilin ən yaxşı avtomobili” (World Car of the Year - 2019) adı uğründa mübarizə aparacaq 3 namizəd müəyyən olunub.
"Businessinsider.az" xəbər verir ki, qran-prinin sahibi və 5 əlavə moninasiyadakı qaliblər 86 jurnalistən ibarət münsiflər heyyəti tərəfindən 17 apreldə Nyu-York avtosalonunda elan olunacaq.
Qeyd edək ki, ötən ilin “World Car of the Year” adının qalibi “Volvo XC60” krossoveri olub.
Beləliklə 2019-cu ildə bu ad uğrunda mübarizə aşağıdakı avtomobillər arasında gedəcək:
Audi e-Tron
Jaguar I-Pace
Volvo S60/V60