Azərbaycan neftinin qiyməti 65 dollardan aşağı enib (08.01.2026)
Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
ENA.az xəbər verir ki, "Azeri Light"ın bir bareli 1.13 ABŞ dolları və ya 1.72% azalaraq 64.60 ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, cari ilin dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dolları təşkil edib.


















