Sənaye

Bayraktar: "Biz Azərbaycanla 33 milyard kubmetrlik qaz müqaviləsi imzalamışıq"

Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar Azərbaycanla tədarükün 2029-cu ildə başlanması və 15 il davam edəcək ümumi həcmi 33 milyard kubmetr olan yeni təbii qaz tədarükü müqaviləsinin imzalandığını açıqlayıb.

Tədarükün 2029-cu ildə başlayacağını ifadə edən Bayraktar, bu məlumatları verib:

"İmzalar çox yaxında yekunlaşacaq, biz yekun danışıqları cümə günü bitiridik. "Abşeron" yatağında illik hasilat 2,25 milyard kubmetr olacaq və biz onu 15 il müddətinə, 2040-cı illərə qədər alacağıq. Yenə də sərfəli qiymətə qaz mənbəyi tapdıq və onu ölkəmiz üçün bu qaz kəməri vasitəsilə uzunmüddətli əsasda almağa başladıq".

Venesueladakı hadisələrin enerji bazarlarına təsiri ilə bağlı Bayraktar, "Gözləntilərimiz hal-hazırda dünya neft bazarlarına ciddi mənfi təsirin olmayacağıdır. İstehsal həcmi baxımından qlobal hasilatın 1%-dən azını təşkil edir" deyib.

Bayraktar Venesuelanın dünyanın ən böyük neft ehtiyatlarına sahib olduğunu və qlobal gündəlik neft tələbatının 5%-ni istehsal etmək potensialına malik olduğunu bildirib.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)