Neft ucuzlaşır

Dünya birjalarında neftin qiyməti azalıb.
"BI" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,41 dollar və ya 0,72% azalaraq 56,25 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,52 dollar və ya 0,78% azalaraq 65,78 dollar təşkil edib.