Birja

Azərbaycan nefti 2%-dən çox bahalaşıb (23.12.2025)

Dünya bazarlarında ticarət əməliyyatlarının gedişində Azərbaycan neftinin qiyməti bahalaşıb.

ENA.az xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin dəyəri 1.46 ABŞ dolları və ya 2.27% artaraq 65.71 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, cari ilin dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)