Gündəm

Nazirliyin Tibbi Sənədlər Arxivinin rəisi həbs olundu

Müdafiə Nazirliyi Tibbi Sənədlər Arxivinin rəisi saxlanılıb.

Məlumata görə, Arxivin rəisi mayor Ruhin Tağıyev korrupsiya cinayətində təqsirləndirilir.

Mayor Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaqa cəlb edilib.

Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)