MALİYYƏ

Əsas ixracatçı subyektlərin adları açıqlandı - TOP 5

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektləri arasında ən yüksək göstərici ARDNŞ-nın Marketinq və İqtisadi İslahatlar İdarəsinə aid olub.

ENA.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”na əsasən xəbər verir ki, şirkət xaricə 344,1 milyon ABŞ dolları dəyərində məhsul satıb.

Reytinqdə ikinci yeri 223,3 milyon dollar ilə SOCAR Polymer MMC tutub.

Üçüncü yerdə 196,3 milyon dollarlıq ixracla “AzərGold” QSC qərarlaşıb. Bu göstərici 2024-cü ildəki 110 milyon dollarlıq ixracla müqayisədə əhəmiyyətli artım deməkdir.

Azəralüminum MMC isə 103,8 milyon dollarla 4-cü yerdə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi isə 57,2 milyon dollarla 5-ci yerdə qərarlaşıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)