Sığorta

Azərbaycanda hər 100 manat sığorta haqqının 61,5 manatı ödənişə gedir

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda sığorta bazarı üzrə yığımlar 1 milyard 255 milyon 973 min manat təşkil edib. Sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 61,5 manatı ödənişə sərf edilib. Ötən ilin eyni dövründə bu göstərici 55,9 manat olub, beləliklə, sığorta ödənişlərinin artımını müşahidə edirik.

Rəqəmlə ifadə etsək, bu dövrdə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği 772 milyon 602 min manat təşkil edib. Bu isə illik müqayisədə 24,1 % çoxdur.

Azərbaycan Mərkəzi Bankının açıqladığı məlumata əsasən, yığımların həcmi ötən ilin eyni dövrünə nisbətən 12,8% çoxdur.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)