"AFB Bank"da yeni direktor təyinatı
Rəşad Cümşüdov "AFB Bank" ASC-də Marketinq Departamentinin direktoru vəzifəsinə təyin edilib.
Bu barədə sosial şəbəklərdən birindəki hesabında Rəşad Cümşüdov özü məlumat paylaşıb.
"Marketinq mənim üçün həmişə sadəcə bir iş olmayıb - bu, strategiya, inkişaf, yaradıcılıq və davamlı çağırışdır. İllər ərzində güclü layihələrə, böyük məhsul təqdimatlarına, rebrendinq təşəbbüslərinə, məhsul lansmanlarına rəhbərlik etmək və möhkəm komandalar yaratmaq imkanı əldə etmişəm. İnanıram ki, bu yol boyunca qazandığım təcrübə "AFB Bank" ASC-də yeni uğurlar üçün möhkəm təməl olacaq.
Bankın qarşısında böyük hədəflər var — və mən yeni çağırışlara, yeni ideyalara və yeni nailiyyətlərə tam hazırıq. Bank rəhbərliyinə və bütün komandaya göstərdikləri etimada görə səmimi təşəkkürümü bildirirəm.
Önümüzdə uzun yol və böyük imkanlar var. Birlikdə dəyər yaradacağıq, brendi gücləndirəcəyik və bazarda həqiqətən təsir yaradan nəticələr əldə edəcəyik",- Rəşad Cümşüdov yazıb.

















