Dünyada ən çox F-16-sı olan ökələr hansılardır? - SİYAHI
Dünyada F-16 qırıcılarına ən çox sahib olan ölkələrin siyahı dərc edilib.
ENA.az xəbər verir ki, “WioNews”un dərc etdiyi siyahıda birinci yerdə ABŞ qərarlaşıb.
2023-cü ilin məlumatlarına görə, ABŞ dünyanın ən böyük F-16 parkına sahibdir- 936 döyüş təyyarəsi. Bu qırıcıların yüksək universallığı və qabaqcıl texnologiyaları sayəsində onlar geniş spektrli tapşırıqları yerinə yetirə bilir.
Siyahıda ikinci yerdə Türkiyədir. Türkiyə Hərbi Hava Qüvvələri 243 ədəd F-16 istismar edir.
Üçüncü sıradakı İsrailin isə 224 ədəd F-16 qırıcı təyyarəsi var. Üstəlik, İsrail digər tip müasir qırıcı təyyarələrə də sahibdir.
Misir isə bu siyahıda dördüncüdür. Misir Hərbi Hava Qüvvələrinin inventarında 218 ədəd F-16 var.
Siyahının 5-ci pilləsində isə Tayvandır. Tayvan 202 ədəd F-16 qırıcısına sahibdir.
Son vaxtlar Ukrayna da az sayda olsa belə, Amerika istehsalı F-16-ların sahibi olub. Dəqiq say məxfilik səbəbilə açıqlanmır, lakin ictimai elanlara əsasən təxminən 20–30 ədəd qırıcının təmin edildiyi güman edilir. (Teleqraf)

















