Bu il 75 faiz ucuzlaşan qızıl 2026-cı ilə nə vəd edir? - PROQNOZ
Goldman Sachs, qızıl qiymətlərinin 2026-cı ilin sonuna qədər hazırkı səviyyələrdən 21% artaraq 4,900 dollara çatacağını proqnozlaşdırır.
Oktyabrın 30-da rekord həddə 4336 dollara çatandan sonra qızılın qiyməti təxminən bir ay ərzində 6% azalaraq çərşənbə axşamı günü 4062 dollara düşüb. ABŞ dollarının möhkəmlənməsi və dekabr ayında faiz dərəcəsinin endirilməsi ehtimalının azalması qiymətli metala təzyiqi artırıb.
Goldman Sachs qeyd edib ki, qızılın ucuzlaşması daimi trendin başlanğıcı deyil, müvəqqəti dalğalanma ola bilər. Bankın məlumatına görə, qızıl ümumilikdə bu il güclü performans göstərib, təxminən 75% dəyər qazanaraq investorların təhlükəsiz sığınacaq axtarışından faydalanıb.
Ekspertlərin fikrincə, qızılın ucuzlaşmasına ilk növbədə dolların möhkəmlənməsi və ABŞ-ın faiz proqnozunun dəyişməsi səbəb olur. Qısamüddətli təzyiqlərə baxmayaraq, qiymətin ortamüddətli perspektivdə güclü qalacağı gözlənilir.


















