Gündəm

İlham Əliyev: Bu cür hücumlar qəbuledilməzdir

Prezident İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığında Azərbaycanın Kiyevdə səfirliyinin binasının növbəti dəfə raket zərbəsinə məruz qalmasını pisləyib.

Məlumata görə, dövlət başçısı bununla əlaqədar ciddi narahatlığını ifadə edib.

Prezident İlham Əliyev beynəlxalq hüququn norma və prinsiplərinə əsasən diplomatik nümayəndiliklərə qarşı bu cür hücumların qəbuledilməz olduğunu vurğulayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)