Sosial yardım böhranı: Məhkəmə Tramp administrasiyasına "ödəyin" əmrini verdi
ABŞ-ın federal məhkəməsi, Prezident Donald Trampın administrasiyasından hökumətin bağlanması səbəbindən elə hökumətin maliyyələşdirdiyi Əlavə Qidalanma Yardımı Proqramının (SNAP) noyabr ayı üçün ödənişlərin tam olaraq həyata keçirilməsini tələb edən qərar verib.
Çünki Tramp administrasiyası SNAP-ın yalnız 65%-ni maliyyələşdirəcəyini bildirib.
Rhode Island bölgəsinin hakimi John McConnell, Trump administrasiyasına noyabr ayı üçün dərhal və tam olaraq SNAP ödənişlərini verməyi əmr etdi.
Qərarda McConnell, SNAP faydalarının ABŞ tarixində ilk dəfə olaraq dayandırıldığını qeyd edərək, bu vəziyyətin qarşısının alınmasını lazım olan bir problem olduğunu vurğuladı.
Qeyd edək ki, ABŞ-da təxminən 42 milyon insan SNAP müavinətləri alır. Əhalinin təqribən səkkizdə birini təşkil edən 42 milyon amerikalının bu ödənişləri tez bir zamanda alacağı ehtimalı azdır.
SNAP nədir?
Supplemental Nutrition Assistance Program (SNAP) — ABŞ-da aşağı gəlirli ailələrə və fərdlərə ərzaq almaqda maddi dəstək göstərən federal sosial yardım proqramıdır.
Əsas xüsusiyyətlər:
- ABŞ Kənd Təsərrüfatı Nazirliyi (USDA) tərəfindən idarə olunur.
- Yardım “Electronic Benefit Transfer” (EBT) adlı kart vasitəsilə verilir (bank kartına bənzəyir).
- Bu kartla mağazalarda ərzaq və bəzi əsas qida məhsulları almaq mümkündür.
- Məqsəd — aztəminatlı ailələrin sağlam və yetərli qidalanmasını təmin etmək.
SNAP ilə almaq olar:
- Ərzaq məhsulları (çörək, meyvə, tərəvəz, süd məhsulları və s.)
- Uşaq qidaları
SNAP ilə almaq olmaz:
- Siqaret və alkoqol
- Hazır restoran yeməkləri (istisnalar var)
- Gigiyena və məişət məhsulları
Kim müraciət edə bilər?
- Aşağı və ya məhdud gəlirli ailələr
- Yaşlılar və əlillər
- İşsiz və ya az işləyən şəxslər
Programın məqsədi — yoxsulluğun və ərzaq çatışmazlığının azaldılmasıdır.
Qərardan şikayət edilib
Tramp administrasiyası məhkəmənin noyabr ayı SNAP ödənişləri ilə bağlı qərarından apellyasiya şikayəti verib. Noyabrın 4-də Truth Social hesabında bir yazıda Prezident Trump, aztəminatlı şəxslərə ərzaq yardımının yalnız Demokratlar hökumətin yenidən açılmasına səs verdikdən sonra bərpa ediləcəyini bildirib.
Hökumətin bir ay ərzində bağlanmasında Demokratları günahlandıran Trump, hökumətin yenidən açılmadığı təqdirdə, ölkədəki milyonlarla aztəminatlı insana fayda verən SNAP-ın davam etməyəcəyini söyləyib.
Vitse-prezident James David Vance, federal məhkəmənin Trampa hökumətin bağlanması zamanı vəziyyəti necə idarə edəcəyini söyləməsinin real olmadığını bildirib.
Qərarı "absurd" olaraq xarakterizə edən Vance, "Demokratların hökuməti yenidən açmasını istəyirik ki, SNAP-ı maliyyələşdirə bilək" deyib.


















