HI-TECH

183 milyona yaxın hesabın məlumatları və parolları internetdə yayılıb - XƏBƏRDARLIQ

Dünyanın ən populyar e-poçt xidmətlərindən biri olan “Gmail” istifadəçilərinə ciddi xəbərdarlıq edilib. Məlumata görə, 183 milyona yaxın hesabın məlumatları və parolları internetdə yayılıb.

ENA.az xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.

Bildirilib ki, bu sızma kibercinayətkarlara yalnız e-poçtlara deyil, həm də “Gmail” hesabları ilə əlaqələndirilmiş digər onlayn platformalara – sosial şəbəkə profilləri, bulud yaddaş və müxtəlif xidmətlərə giriş imkanı yarada bilər.

Hadisənin 2025-ci ilin aprelində baş verdiyi bildirilir. Lakin məlumat sızması barədə xəbər yalnız son günlərdə, bu sahədə ixtisaslaşmış “Have I Been Pwned” platforması tərəfindən təsdiqlənib.

Platformanın yaradıcısı Troy Hunt bildirib ki, sızan məlumatlar internetin fərqli mənbələrindən toplanaraq böyük miqyaslı haker hücumunun bir hissəsini təşkil edib.

İstifadəçilərə “Gmail” parollarını dərhal yeniləmək, həmçinin, iki mərhələli identifikasiya (2FA) sistemini aktivləşdirmək tövsiyə edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)