İnstaqramdan daha bir YENİLİK
İnstaqram istifadəçilərin əvvəllər izlədikləri, lakin sonradan itirdikləri və ya yenidən baxmaq istədikləri “Reels” videolarını tapmasını asanlaşdıracaq yeni funksiyanı istifadəyə verib.
ENA.az xəbər verir ki, bu barədə sosial şəbəkənin rəhbəri Adam Mosseri məlumat yayıb. Onun sözlərinə görə, “baxış tarixçəsi” adlanan bu funksiya artıq bütün istifadəçilər üçün əlçatandır.
Mosseri bildirib ki, bir çox istifadəçi əvvəllər baxdığı “Reels” videolarını axtarış çubuğunda və ya hesablar arasında tapmaqda çətinlik çəkirdi və yeni funksiya bu problemi aradan qaldıracaq.
İstifadəçilər baxış tarixçəsinə daxil olmaq üçün profil parametrlərinə keçib “Fəaliyyətiniz” bölməsində yerləşən “Baxış tarixçəsi” sekmesini seçə bilərlər. Bu bölmədə izlənilmiş “Reels” videolarının siyahısı avtomatik şəkildə saxlanacaq.
















