Bank

Azərbaycanda mobil bank tətbiqlərinin reytinqi: Mobile liderlər kimlərdir?  

Azərbaycanda istifadəçilər mobil bank tətbiqlərlə bağlı mövqelərini açıqlayıblar. Dövlət bankı ilə yanaşı, bir neçə bank da “ən yaxşılar kürsüsünə” yüksəlib.  

“Business Insight International Research Group”un “Mobil Tətbiq Dünyası” adlı yeni araşdırması göstərib ki, ABB Mobile istifadəçilərinin 94,8%-i tətbiqdən ümumilikdə məmnunluq bildirib. Onların 60,9%-i tətbiqi “5”, 33,9%-i isə “4” bal ilə qiymətləndirib. İkinci yerdə LeoBank qərarlaşıb. Bu tətbiqdən istifadə edənlərin 93,9%-i məmnunluğunu ifadə edib: 58,3%-i “5”, 35,6%-i isə “4” bal verib.

Birbank istifadəçiləri arasında məmnunluq səviyyəsi 91,2% təşkil edib. Respondentlərin 59,6%-i tətbiqi “5”, 31,6%-i “4” bal verib.

Ubank istifadəçilərinin 88%-i tətbiqdən razı qalıb: 68%-i “5”, 20%-i “4” bal verib. PASHA Mobile Bank üzrə məmnunluq göstəricisi 80% olub: 53,3%-i “5”, 26,7%-i “4” bal qeyd edib.

Sorğunun nəticələri göstərir ki, Azərbaycanda mobil bank tətbiqləri istifadəçi məmnunluğu baxımından yüksək rəqabətə malikdir, ABB Mobile lider mövqeyini qorusa da LeoBank və Birbank da rəqiblərinə yaxın nəticələr göstərib. Ubank və PASHA Mobile isə inkişaf potensialı olan tətbiqlər kimi önə çıxır.

Həmçinin aparılan “Mobil Tətbiq Dünyası” adlı yeni araşdırmanın nəticələrinə görə, “Birbank” 82%-lik göstərici ilə bank mobil tətbiqləri bazarında lider mövqedədir. 

“Birbank”ı 39%-lə “ABB Mobile”, 28%-lə isə “LeoBank” izləyir. Nəticələr göstərir ki, rəqəmsal bank xidmətləri sahəsində rəqabət artsa da, “Birbank” istifadəçi payı baxımından açıq fərqlə birinci yerdə qərarlaşıb.

Ümumilikdə, bank tətbiqlərindən istifadə edənlərin payı mobil operatorların tətbiqlərindən istifadə edənlərlə müqayisədə 10% çoxdur — müvafiq olaraq 83%-ə qarşı 73%. təşkil edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)