Bank

Reytinqin son pilləsi: Banklar arasında tək zərər Ramiz Mehdiyevin bankındadır

2025-ci ilin üçüncü rübü üzrə açıqlanan maliyyə göstəriciləri bank sektorunda güc balansını və gəlirlilik fərqlərini bir daha ortaya qoydu. ENA.az olaraq təqdim etdiyimiz mənfəətlilik üzrə renkinq cədvəli bazarın oyunçuları arasında yüz dəfələrlə fərq yaradan gəlirlilik göstəricilərini aydın göstərir. İlk iki bankın nəticələri digərlərini kölgədə qoyur. Həmçinin mənfəət uçurumu böyükdür: ABB ilə son pillədəki banklar arasında yüz dəfələrlə fərq mövcuddur.

Liderlər dəyişməzdir. ABB və Kapital Bank sektoru daşıyır. Reytinqin ilk pillələrində iki nəhəng yerləşir:

ABB ASC – 261,3 mln manat

Kapital Bank ASC – 229,1 mln manat

Bu iki bankın ümumi mənfəəti sektorun böyük hissəsini təşkil etməklə bazarın aparıcı oyunçusu olduqlarını təsdiqləyir. Onların üstünlüyü iri müştəri bazası, rəqəmsal xidmət şəbəkəsinin genişliyi, dövlət layihələrində iştirakı ilə əlaqələndirilir.

Üçüncü yerdə gələn Xalq Bank ASC (51,5 mln manat) isə liderlərdən ən azı 4-5 dəfə geri qalır. Bu da bazarın ilk iki oyunçu ətrafında formalaşdığını göstərir.

Orta seqment banklarda sabitlik diqqəti çəkir. Mənfəəti 5 mln – 45 mln manat aralığında olan banklar daha çox orta gəlirlilik kateqoriyasına daxildir. Onların müştəri seqmentləri əsasən fərdi və KOB subyektləri üzərində qurulub.

Siyahının sonuna yaxınlaşdıqca mənfəət kəskin şəkildə azalır və nəhayət, yeganə zərərdə olan Bank BTB-dir (-0,6 mln manat). Ümumilikdə bazarın kiçik oyunçularında dayanıqlılıq və kapitalla bağlı bəzi problemlər var və gələcəkdə birləşmə, restrukturizasiya və ya bazarı tərk etmə ehtimalları istisna deyil.

Beləliklə, 20205-ci ilin yanvar-avqust ayları üzrə bankların təmiz mənfəətliliyi üzrə sıralaması belədir:

Bankların renkinq sırası

2025-ci il, III rüb, mln manatla 

ABB ASC

261.3

Kapital Bank ASC

229.1

PAŞA Bank

132.8

Xalq Bank ASC

51.5

Bank Respublika ASC

43.2

AccessBank QSC

35.6

Yelo Bank ASC

24.8

Bank of Baku ASC

24.0

Ziraat Bank Azərbaycan ASC

18.4

Unibank KB ASC

15.4

Rabitəbank ASC

13.2

Bank VTB (Azərbaycan) ASC

10.5

Azər Türk Bank ASC

9.4

Premium Bank ASC

9.1

Yapı Kredi Bank Azərbaycan QSC

7.7

Expressbank ASC

6.0

Bank Avrasiya ASC

5.7

Azərbaycan Sənaye Bankı ASC

5.2

AFB Bank ASC

2.3

TuranBank ASC

1.6

Bank BTB ASC

-0.6

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)