Birja

Səhm və istiqrazların birjada ticarətə buraxılması - QAYDALARI DƏYİŞDİ

Bakı Fond Birjasında qiymətli kağızların listinqə daxil olunması, listinqdə saxlanması, delistinqi və ticarətin təşkili ilə bağlı qaydalar təsdiq olunub və martın 13-dən qüvvəyə minəcək.

Qaydalarda istifadə edilən listinq, delistinq, birjanın təşkil etdiyi bazar, bazar seqmenti, şərti listinq və s. bu kimi əsas anlayışların mənaları verilib. Sənəddə qiymətli kağızların listinqinə dair ümumi tələblər, qiymətli kağızların bir bazar seqmentindən digərinə keçirilməsi, qiymətli kağızların ticarətə buraxılması və ticarətdən çıxarılması, eləcə də qaydaların tələbləri emitent tərəfindən pozulduğu halda, Listinq Komitəsi tərəfindən tətbiq edilən tədbirlər haqqında məlumat verilib.

Qaydalarda mövcud listinq prosesləri optimallaşdırılıb və bazar seqmentləri üzrə tələblər yerli bazarın xüsusiyyətlərinə uyğunlaşdırılıb. Buraya xarici emitent və ölkəmizin üzv olduğu beynəlxalq qurumların Azərbaycanın kapital bazarlarında qiymətli kağız buraxılışını tənzimləyəcək dəyişikliklər əlavə edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)