Neft dəyərini itirir - SON QİYMƏT

Dünya birjalarında neftin qiyməti azalıb.
"BI" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,31 dollar və ya 0,55% azalaraq 56,28 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,33 dollar və ya 0,50% azalaraq 65,34 dollar təşkil edib.