Azərbaycanın strateji valyuta ehtiyatları 6,7 milyard dollar artıb
Bu ilin əvvəlindən Azərbaycanın strateji valyuta ehtiyatları 6,7 milyard ABŞ dolları artaraq 77,7 milyard ABŞ dollarına çatıb.
ENA.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının statistika departamentinin direktoru Samir Nəsirov Tədiyə balansının açıqlamasına dair keçirilən brifinqdə bildirib.


















