MALİYYƏ

Problemli kreditlərlə bağlı "Qaynar xətt"in nə vaxt yaradılacağı - AÇIQLANDI

Maliyyə Nazirliyində vətəndaşların problemli kreditlərlə bağlı müraciətlərini cavablandırmaq üçün "Qaynar xətt" yaradılacaq.

"Businessinsider.az" xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov jurnalistlərə müsahibəsində deyib.

Nazir qeyd edib ki, Maliyyə Nazirliyinin mövcud internet portalında bu məsələ ilə bağlı xüsusi bölmə yaradılıb. Prezidentin Fərmanında ödənişlərlə məşğul olmaq Maliyyə Nazirliyinə tapşırılıb və təşkilatlar qarşısında 45 gün müddət qoyulub. Bu 45 gün müddət başa çatdıqdan sonra nazirliyin sözügedən məsələ ilə bağlı “Qaynar xətt”i yaradılacaq. Vətəndaşlar öz sual və müraciətlərinə bu “Qaynar xətt”ə zəng edərək cavab tapa bilərlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)