Gəlirlərinin 10 faizini futbola sərf edən şirkətlər vergidən azad oluna bilər

Apreldə təşkili nəzərdə tutulan vergilərlə bağlı konfransa UEFA nümayəndəsi də dəvət olunacaq.
Bu barədə milli assosiasiyanın baş katibi Elxan Məmmədov açıqlama verib.
O bildirib ki, iclasda yerli və xarici şirkətlərin iştirakı nəzərdə tutulub. Baş katib Vergilər Nazirliyinin güzəştlərindən futbolda da yararlanmaq istədiklərini diqqətə çatdırıb:
"Şirkətlər gəlirlərin 10 faizini futbola sərf edərək, vergidən azad olunacaqlar. Əvvəllər belə imkan yox idi. İndi isə bu dəyişiklikdən sonra əlavə mənbələrin gəlişi imkanı olacaq".