Bank

İyulda Azərbaycanın bank sektoruna 5 min 529 yeni əmanətçi gəlib

İyul ayında Azərbaycanın bank sektoruna 5 min 529 unikal əmanətçi gəlib. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2025-ci il, avqustun 1-nə 173 min 702 nəfərin ölkənin bank sektorunda əmanət hesabı var.

Ümumilikdə ötən yeddi ayda banklara əmanət yerləşdirənlərin sayı 23 min 183 nəfər artıb.

Qeyd edək ki, fiziki şəxslərin əmanətlərinin 67.2%-i (10,159.1 mln. manat) milli valyutada, 32.8%-i (4,954.8 mln. manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 63%-i (9,519.9 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri iyul ayında 1.2% və ya 111.8 mln. manat artıb, tələbli əmanətləri isə 1% və ya 58.7 mln. manat azalıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)