iPhone 17-nin rəsmi təqdimat tarixi açıqlandı

Apple yeni cihazlarının təqdimatına həsr olunmuş ənənəvi illik payız tədbirinin tarixini rəsmi olaraq açıqladı.
Təqdimat 9 sentyabr tarixində Kupertinodakı Apple Park kampusunda keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Şirkət iPhone 17 seriyasını təqdim edəcək, buraya nazik gövdəli iPhone 17 Air ilə yanaşı iPhone 17, iPhone 17 Pro və iPhone 17 Pro Max modelləri daxil olacaqlar.
Həmçinin yeni Apple Watch modellərinin də təqdimatı gözlənilir. Yeni smartfonların və digər cihazların təqdimatından əlavə, Apple iOS 26, iPadOS 26, macOS Tahoe və digər gələcək proqram təminatı versiyalarının işə salınma tarixlərini açıqlayacaq.
Apple-ın payız tədbirinin canlı yayımını şirkətin rəsmi saytında, YouTube-dakı rəsmi kanalda və Apple TV tətbiqi vasitəsilə izləmək mümkün olacaq.