ENA+

Nyu-Yorkun mərkəzinə giriş üçün əlavə vergi tətbiq olunacaq

Nyu-Yorkun mərkəzinə giriş üçün əlavə vergi tətbiq ediləcək.

"BI" xarici KİV-lərə istinadla xəbər verir ki, Nyu-York Şəhər Nəqliyyat İdarəsinin yenidən qurulması barədə 10 maddədən ibarət yeni plan təqdim olunub. Planda nəqliyyatın hərəkəti ilə bağlı günün qaynar vaxtlarında şəhərin mərkəzinə giriş üçün nəqliyyat vasitələrindən əlavə yığım və vergi tutulması nəzərdə tutulur.

Yığılan əlavə vəsait və vergi Şəhər Nəqliyyat İdarəsinin maliyyələşdirilməsinə yönəldiləcək, həmin vəsaitlərin xərclənməsində infrastrukturun təkmilləşdirilməsinə üstünlük veriləcək.

Şəhər rəhbərliyi hesab edir ki, bu cür tədbirlər baza tariflərinin artırılmasının illik 2 faizlə məhdudlaşdırılmasına imkan yaradacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)