“Prezident əvvəl baxılan məbləği iki dəfə artırıb”
Maliyyə naziri Samir Şərifov problemli kreditlərin həlli ilə bağlı prezident İlham Əliyevin imzaladığı fərmanı şərh edib.
“Businessinsider.az” xəbər verir ki, nazir AZTV-yə müsahibəsində fərmanda nəzərdə tutulan 10 min ABŞ dolları və ya 17 min manatlıq məhdudiyyəti belə izah edib:
“Bundan yuxarı məbləğlərə baxılmayacaq. Bunun üçün də müəyyən əsaslar var. Çünki daha yüksək məbləğdə kredit götürənlər, yəqin ki, daha imkanlı şəxslərdir. Daha doğrusu, onlar banklara müraciət edərək daha yüksək məbləğdə kreditlər götürdükdə, qərar qəbul etməzdən əvvəl bunu saf-çürük etməli idilər.
Eləcə də bax: Maliyyə Nazirliyi vətəndaşların suallarını onlayn rejimdə cavablandıracaq
Bu fərmanda isə ən həssas borcalanlar dairəsi əsas götürülüb və həmin adamların problemli kredit məsələlərinin həlli istiqamətində addımlar atılır. Hesab edirik ki, 17 min manat Azərbaycan üçün kifayət qədər böyük məbləğdir.
Onu da qeyd edim ki, bu sənədin hazırlanması zamanı prosesdə iştirak edən işçi qrupu məbləği xeyli müddət müzakirə edib və daha aşağı qiymətlər də söyləyiblər. Əvvəl baxılan məbləği cənab prezident iki dəfə artırıb".
Eləcə də bax: Hüquqi şəxslərin də problemli kreditləri həll ediləcək - PROQRAM HAZIRLANIR