BİZNES

27,5 trilyon dollar: İranın yeraltı sərvətləri bu qədər dəyərləndirilib

İran 27,5 trilyon dollar dəyərində yeraltı sərvətlərə malikdir.

Bunu İranın təbii sərvətlər və mineral ehtiyatlar nazirinin müavini, Geologiya və Faydalı Qazıntıların Kəşfiyyatı Təşkilatının rəhbəri Daryuş İsmaili Təbriz Ticarət Palatasının Mədən və Metal Komissiyasının üzvləri ilə görüşündə bildirib.

Onun sözlərinə görə, İran bu göstərici ilə Rusiya, ABŞ, Səudiyyə Ərəbistanı və Kanadadan sonra dünyada beşinci olub.

Nazir müavini qeyd edib ki, İran bir trilyon 400 milyard dollar dəyərində faydalı qazıntılara malikdir: “Bunun azı beş faizi mineral xammal təşkil edir. 29 milyard dollar dəyərində yataqların kəşfi üçün sertifikatlar verilib. Bu o deməkdir ki, ehtiyatların yalnız iki faizi kəşf edilib”.

D.İsmaili vurğulayıb ki, geoloji kəşfiyyat işlərinin aparılması zərurəti heç kimdən gizli deyil: “Mədən və mineral emalı sektorundan 10 trilyon dollar əldə etmək mümkündür”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)