Maliyyə Nazirliyi vətəndaşların suallarını onlayn rejimdə cavablandıracaq
Maliyyə Nazirliyinin internet səhifəsində vətəndaşları narahat edən sualların cavablandırılması üçün xüsusi bölmə hazırlanır.
"BI" xəbər verir ki, bunu nazir Samir Şərifov AzTV-yə müsahibəsində bildirib.
Eləcə də bax: Hüquqi şəxslərin də problemli kreditləri həll ediləcək - PROQRAM HAZIRLANIR
"Çalışacağıq ki, bu bölmə gələn həftənin əvvəlində hazır olsun. Buradavətəndaşların tez-tez soruşduğu suallar cavablandıracaq, eləcə də vətəndaşlara suallarını onlayn rejimdə vermək və cavab almaq imkanı yaradacağıq. Güman edirəm ki, problemli kreditlərlə bağlılığı olan digər qurumlar - Azərbaycan Mərkəzi Bankı və Maliyyə Bazarlarına Nəzarət Palatası da vətəndaşlara belə bir imkan yaradacaq", - deyə nazir qeyd edib.
Eləcə də bax: "Borcalanların əvəzinə krediti ödəmiş zaminlərin məsələsinə də baxıla bilər"