İsrailin Azərbaycandakı yeni səfiri Bakıya gəlib

İsrailin Azərbaycandakı yeni səfiri Ronen Kraus Bakıya gəlib.
Bu barədə İsrailin Bakıdakı səfirliyi paylaşım edib.
Paylaşımda İsrail diplomatının Azərbaycana gəlişinin videogörüntüləri yer alıb. Videoda səfir hamını Azərbaycan dilində salamlayır.
Xatırladaq ki, 2025-ci il yanvarın 12-də İsrail Xarici İşlər Nazirliyinin Avrasiya şöbəsinin direktoru Ronen Kraus Azərbaycana yeni səfir təyin edilib. R.Kraus Azərbaycandakı səfir vəzifəsində Corc Diki əvəz edib.