Bu ay 8 gün iş olmayacaq
![](https://ena.az/uploads/news/2019-03/_businessinsider_08c9b9620cbfad39d89a22eb4_o.jpg)
Azərbaycanda mart ayının gəlişi həm də tətil ab-havası deməkdir.
"Businessinsider.az"ın məlumatına görə, bu il martda Beynəlxalq Qadınlar günü və Novruz bayramı ilə əlaqədar 8 qeyri-iş günü olacaq.
Belə ki, Novruz bayramı ilə əlaqədar 20, 21, 22, 23, 24 mart qeyri-iş günləri olacaq. Bu il bayram günü hesab edilən 23 və 24 mart həftələrarası istirahət günləri ilə üst-üstə düşdüyündən 25, 26 mart da qeyri-iş günü hesab ediləcək. Beləliklə, Novruz bayramı günlərində 20-26 mart tarixləri qeyri-iş günləri olacaq. İş günü 27 martdan hesablanacaq.
Bu barədə Baş nazir Novruz Məmmədov hələ ötən il dekabrın 19-da sərəncam imzalayıb.