Gündəm

İdarə rəisi: Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı geniştərkibli istintaq qrupu yaradılıb

Baş Prokurorluda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin araşdırılması üçün geniştərkibli istintaq qrupu yaradılıb.

Bunu Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair Baş Prokururluqda keçirilən mətbuat konfransında qurumun İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib.

O bildirib ki, Rusiyanın əməliyyat-axtarış strukturları ən azı 14 nəfəri saxlayıb və həmin şəxslərdən ikisi istisna olmaqla, 12-si Azərbaycan vətəndaşı olub. Onlardan 7-nə qarşı fiziki zorakılıq tətbiq edilməsi müəyyən olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)