Gündəm

"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

BŞ tərəfindən sanksiya rejiminin yumşaldılması müqabilində İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb.

ENA.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Telekanalın Pakistandakı mənbələrinin məlumatına görə, buna İran-ABŞ danışıqlarında vasitəçilik edən şəxslər kömək ediblər.

İranın rəsmi şəxsləri hələlik məlumatı şərh etməyiblər.

"Reuters" agentliyi isə bildirib ki, ABŞ və İran arasında Qətərin vasitəçiliyi ilə Nyu-Yorkda danışıqların keçirilməsi gözlənilir. Belə ki, qətərli vasitəçilərin bu gün və ya sabah Nyu-Yorkda İranın xarici işlər naziri Abbas Əraqçi ilə ayrıca, həmçinin ABŞ tərəfi ilə danışıqlar aparacağı gözlənilir.

"Axios" portalının müxbiri və İsrail televiziyasının 12-ci kanalının jurnalisti Barak Ravid isə bazar ertəsi ABŞ rəsmisinə istinadən bildirib ki, Tramp İranın nüvə proqramı ilə bağlı ABŞ-nin tələblərini yerinə yetirməsi müqabilində Tehrana qarşı sanksiyaları yumşaltmağa və İranın dondurulmuş aktivlərinin blokdan çıxarılmasına hazırdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)