Türkiyədə güclü zəlzələ olub

Türkiyənin Muğla şəhərinin Marmaris bölgəsində 5,8 bal gücündə zəlzələ baş verib.
ENA.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar Marmarisdən 10,43 km məsafədə - Aralıq dənizində qeydə alınıb.
Yerli vaxtla 02:17-də (Bakı vaxtı ilə 03:17) qeydə alınmış zəlzələnin ocağı 67,91 km dərinlikdə yerləşib.
Zəlzələ İzmir, Antalya və bir çox vilayətdə hiss olunub.