Sənaye

TPAO Azərbaycanın Şafak-Asiman təbii qaz yatağında 30 faiz pay aldı

Energetika və Təbii Sərvətlər naziri Alparslan Bayraktar Türkiyə Neft Şirkəti (TPAO) Xəzər dənizinin Azərbaycan hissəsində yerləşən Şafak-Asiman Təbii Qaz Sahəsində 30 faiz payla ortaq olacağını açıqlayıb. Bayraktar 30-cu Xəzər Neft və Təbii Qaz Sərgisində mətbuat mənsublarına belə bir açıqlama verib. 

Bayraktar Azərbaycanla əlaqələri çərçivəsində Prezident İlham Əliyevlə məhsuldar görüş keçirdiklərini və enerji sahəsində əməkdaşlıqları müzakirə etdiklərini bildirib.

Bayraktar, "TPAO Şafak-Asiman Təbii Qaz Sahəsinə ortaq olaraq girir. İnşallah, burada müqavilə bağlayacağıq. 30 faiz pay almışıq. Ortaqlarımız Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və British Petroleumdur (BP). İnşallah, bu sahədə də istehsala başlayacağıq", - deyib.

Bayraktar Türkiyənin Azərbaycanla enerji sahəsində əməkdaşlığına da toxunaraq, "TPAO-nun burada varlığı və görkəmi bir az da artmaqdadır. Digər sahələrdə də danışırıq. Xüsusilə Xəzər dənizində işlərimizi artırmağa davam edəcəyik", - söyləyib.

Bayraktar Türkiyə və Azərbaycanda həyata keçirilən enerji layihələrinin Avropanın təchizat təhlükəsizliyinə töhfə verdiyini ifadə edərək, "İnşallah, qazın əlavə və fərqli mənbələrdən Avropaya gətirilməsi ilə bağlı layihələrdə önümüzdəki dövrdə yeni inkişaflar olacaq", - açıqlamasını verib.

Azərbaycanın da bərpa olunan enerji qaynaqlarına sərmayə qoyduğunu izah edən Bayraktar, "Qarşıdakı dövrdə Naxçıvanda bərpa olunan enerjinin istehsalı və Türkiyəyə və təbii ki, Türkiyə üzərindən Avropaya daşınması ilə bağlı layihələr hazırlayacağıq" - söyləyib.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)