İnvestisiya şirkətinə yeni direktor təyin edildi

“PSG-Kapital İnvestisiya Şirkəti” ASC-yə yeni direktor təyin edilib.
Məlumata görə, səhmdarların Ümumi Yığıncağının qərarına əsasən Fəxri Səttərov Rasim oğlu şirkətin direktoru təyin edilib.
O, bu vəzifədə Fərid Məmmədov Ruslan oğlunu əvəz edib. F.Məmmədov 2023-cü ilin iyunundan müvafiq vəzifədə çalışmışdı.
Fəxri Səttərov isə 2019-cu ildən şirkətin direktor müavini idi. Bundan öncə “Gilan Holding” MMC-də (hazırda hüquqi adla belə şirkət mövcud deyil) çalışıb.
Xatırladaq ki, “PSG-Kapital İnvestisiya Şirkəti” ASC 2012-ci ildə təsis edilib. Şirkətin 6.25 mln. manatlıq nizamnamə kapitalının 100% payçısı Faiq Məmmədov adlı fiziki şəxsdir. Səhmdar həm də “Monetri BOKT” MMC-nin (əvvəl: “PSG Finans BOKT”) 12.5%-lik həmtəsisçisidir. İnvestisiya şirkəti isə Bakı Fond Birjasının 4.76%-lik səhmdarıdır.