Gündəm

ABŞ-də İsrail səfirliyinin iki əməkdaşı öldürüldü

ABŞ-nin paytaxtı Vaşinqtonda İsrail səfirliyində çalışan iki nəfər güllələnərək öldürülüb.

CNN xəbər verir ki, bu barədə ABŞ-nin Daxili təhlükəsizlik katibi Kristi Noem məlumat yayıb.

“Bu gecə Vaşinqtonda Yəhudi Muzeyi yaxınlığında İsrail səfirliyinin iki əməkdaşı öldürülüb”, - deyə Noem qeyd edib. 

İsrail səfirliyinin sözçüsü isə bildirib ki, həlak olan şəxslər yaxın məsafədən güllələnib.

O da qeyd olunub ki, İsrail səfiri atışma baş verən yerdə olmayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)