Sosial iqtisadiyyat

Əlillərə qulluq edənlərə pensiya hüququ verilməsi təklif edilir

Ombudsman Elmira Süleymanova I qrup əlilliyi olan şəxslərə qulluq edən kişi və qadınların əmək pensiyası hüququnun tanınmasını təklif edib.

"Businessinsider.az" xəbərinə görə, bu, Ombudsmanın 2018-ci il üzrə illik məruzəsində əksini tapıb.

Ombudsman qanunvericiliklə müəyyən edilmiş qaydada I qrup əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud olan 18 yaşınadək uşaqlara ümumilikdə 30 ildən az olmamaqla qulluq edən kişilərin 60, 25 ildən az olmamaqla qulluq edən qadınların isə 55 yaşına çatdıqda, güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər qrupuna aid edilməsini, bu məqsədlə “Əmək pensiyaları haqqında” qanuna əlavələr olunmasını təklif edir.

 

 

(c) ONA.az

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)